Accessibility links

İranda Tələbə Günü iğtişaşlarla müşayiət olunur


İranda iğtişaş polisi Milli Tələbə Günü münasibətilə Tehranda küçələrə çıxmış hökumət əleyhinə aksiya keçirən nümayişçilərlə toqquşub. Şahidlər xəbər verir ki, polis tehranın mərkəzində toplaşmış nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Polis qüvvələri habelə başqa nümayişin keçirildiyi Tehran Universitetinə gedən yolları bağlayıb. Bu gün İranda Milli Tələbə Günüdür. Bu olay 1953-cü ildə anti-Amerika nümayişlərində iştirak edən üç tələbənin öldürülməsini yad edir. İran hökumətində dissident baxışlarına görə tanınan sabiq prezident Əli Əkbər Haşemi Rəfsəncani hökuməti konstruktiv tənqidi susdurduğuna görə tənqid etmiş, eyni zamanda müxalifətçiləri öz etirazlarını qanun çərçivəzinsə izhar etməyə səsləmişdir.
XS
SM
MD
LG