Accessibility links

İran Azərbaycanında son həbslər barədə dəyirmi masa


İNSAFƏLİ HİDAYƏT

Son vaxtlar İran məhkəmələrində bir neçə azərbaycanlıya ağır hökmlər veriblər. Burada Tehranda da məhkəmələr etiraz nümayişlərində iştirak edən fars tələbələr barədə də ağır hökmlər oxuyublar

İran Azərbaycanında bir neçə nəfərin vəkili olan Nəği Məhmudinin sözlərinə görə, altı nəfərlik bir qrup Təbrizin Şöbə 2 İnqilab Məhkəməsindədir. Onlar Fərhad Zehtab, milli fəal Həsən Abdullahi Cahani, şair və yazıçı Məhbub Budaği, Hüseyn Asiyabi, Məhəmməd Haşimi və Həbib Avariddədir.

O deyir ki, məhkəmə bu günədək onlar haqqında qərar çıxarmayıb: “Təbrizin Şöbə 2 İnqilab Məhkəməsində 3 milli fəal – Vəid Seyşbəyli, Cəmşid Zarehi, Nimə Puryaqub “daxili əmniyyət əleyhinə qrup yaratmaq və fəaliyyət göstərməkdə” ittiham olunurdular. Müttəhimlər bu ittahamlar üzrə bəraət qazansa da, onlara başqa bir ittiham irəli sürülüb. Qarşıdakı günlərdə biz onları yenidən müdafiə etməyə hazırlaşırıq”.

Türkiyədə yaşayan İran Azərbaycanlı vəkil Saleh Kamrani son vaxtlar artan həbslər və həbs cəzaları barədə deyir ki, İranda hakimiyyət sabit və planlaşmış siyasət yürüdür, ancaq zaman-zaman bu istiqamətdə taktikasını dəyişir. O deyir ki, son 20 ildə qurulan məhkəmələr azərbaycanlıları gördükləri işlər əsasında deyil, öncədən planlaşdırılmış, öz siyasi çıxarları əsasında ittiham edir və bütün hüquqi qaydalara rəğmən öz dedikləri nəticələri çıxarırlar: “Mən həm azərbaycanlıları, bəlucları, farsları, ərəbləri və başqa xalqların nümayəndələrini müdafiə etmişəm. Hazırda sistem daxilində çatlamanın və qorxunun çoxalması nəticəsində görünür ki, məhkəmələrin ikili standartlarla qərar çıxarması halları çoxalıb”.

Nəği Məhmudi və Saleh Kamraninin sözlərinə görə, vəkil olduqları məhkəmə proseslərinin şəffaf keçirilməsinin heç vaxt şahidi olmayıblar. Onlar qeyd ediblər ki, İranda istifadə olunan qaydalara əsəsən istintaq, sorğu-sual prosesində, ittihamların hazırlanıb, müttəhimlərin ittiham olunması prosesində vəkilin müttəhimin yanında olmasına imkan verilmir. Onlar deyirlər ki, prosesin əsas hissəsini istintaq təşkil edir və məsələ artıq məhkəməyə göndərildikdən sonra vəkilin müdafiyə imkanları olduqca məhdudlaşır.
Son zamanlarda İran Azərbaycanında zorakılıqdan istifadə yoluyla adi cürümlər işləmiş insanların siyasi fəal kimi qələmə verilməsi səyləri barədə Saleh Kamranı deyib ki, son 20 ili götürsək görərik ki, Azərbaycan Milli Hərəkatı mədəni və demokratik hərəkatdır. Bu günə qədər heç bir fəal dinc etirazlardan başqa bir fəaliyyət göstərməyib. Bu insan haqları, demokratik, insan dəyərlərinə əsaslanan bir hərəkat olub və dünya da bunu görüb. “Cəmiyyətdə qeyri-siyasi bir çox hadisələr baş verə bilər. Ancaq bunları Azərbaycan milli fəalları ilə bir məhkəmədə mühakimə edib, belə nəticə çıxartmağa çalışmalar bunun arxasında siyasi hədəfin gizləndiyini göstərir”-deyə cənab Kamrani bildirib.

XS
SM
MD
LG