Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüşdən sonra Vaşinqtonun Willard otelində xarici və türk jurnalistlər üçün mətbuat konfransı keçirdi.Mətbuat konfransında prezident Obama ilə görüşünün təfərrüatı haqda məlumat verən baş nazir görüşdə ABŞ-Türkiyə münasibətləri, iqtisadi əməkdaşlıq, enerji layihələri, Əfqanıstan, NATO və Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılmasından bəhs edildiyini bildirdi. Türkiyənin Azərbaycanla müttəfiqliyini təkrar-təkrar vurğulayan cənab Ərdoğan rəsmi Ankara ilə Yerevan arasındakı münasibətlərin gələcəyinin Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğunu söylədi. O, həmçinin NABUCCO layihəsinin həyata keçirilməsi yönümündə də Ağ Evdə məsələ qaldırdığını bəyan etdi.
Mətbuat konfransını Tokat vilayətindəki terror aksiyasının qurbanlarının yaxınlarına başsağlığı verməklə açan Rəcəb Təyyib Ərdoğan bu əməli qətiyyətlə pislədi və bildirdi ki, terror aktını törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklər.Daha sonra Barak Obama ilə görüşünün təfsilatına varan Türkiyə lideri iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərinin ətraflı müzakirə olunduğunu söylədi.O, haqqında bəhs edilən məsələlərə iqtisadi, texnoloji, hərbi əməkdaşlığın daxil olduğunu bildirdi.Türkiyənin ABŞ-la İraq və Əfqanıstanda yaxından əməkdaşlıq etdiyini söyləyən cənab Ərdoğan türk əsgərlərinin Əfqanıstanda hərbi xidmətini, türk bizneslərinin Əfqanıstandakı investisiyalarını, və İraqda sülhün bərqərar olması üçün Türkiyənin göstərdiyi səyləri vurğuladı.
Müştərək enerji layihələrinə gəldikdə cənab Ərdoğan nümunə olaraq Azərbaycanla əməkdaşlığı önə çəkdi.O, bu iki ölkə arasında bir sıra dəyərli enerji layihələrinin mövcud olduğunu bildirdi və NABUCCO layihəsinin tezliklə həyata keçirilməsinin vacibliyini vurğuladı.Eyni zamanda Türkiyə baş naziri Dağlıq Qarabağ münaqişəsinin çözülməməsindən dərin narahatlığını izhar edərək bunun regionun gələcəyinə kölgə saldığını dedi.O, prezident Obama ilə görüşündə Ermənistanla münasibətlərin normallaşmasının Ermənistan-Azərbaycan münaqişəsinin həllindən asılı olduğunu söylədiyini bildirdi.Cənab Ərdoğanın sözlərinə görə Dağlıq Qarabağ münaqişəsi nə qədər tez yoluna qoyulsa, Türkiyə ilə Ermənistan arasındakı problemlər də bir o qədər tez aradan qalxar.Jurnalistlərin Türkiyə-Ermənistan diplomatik protokollarının təsdiq olunacağöl haqda sualı cavablandıran baş nazir qeyd etdi ki, Türkiyə demokratik dövlətdir.Onun hökuməti Yerevanmla münasibətləri normallaşdırmaq üçün üzərində düşən öhdəliyi yerinə yetirib.Lakin diplomatik anlaşma haqda razılıq parlament komissiyalarında müzakirə olunmalı və sonradan millət vəkillərinin əksəriyyətinin müsbət rəyini almalıdır.Bu isə, cənab Ərdoğanın sözlərinə görə, bir müddət vaxt apara bilər.O, bir daha vurğuladı ki, Ermənistan-Azərbaycan danışıqlarının gedişatı sənədin təsdiqinə təsir göstərəcək.