Accessibility links

İraq parlamenti seçki qanununu təsdiq etdi


İraq qanunveriçiləri arasında aylardan bəri mübahisələrə səbəb olan seçki qanununu parlament az səs fərqi ilə dünən gecə təsdiq edib. Beləliklə parlament seçkiləri gələn ilin əvvəllərində keçirilə bilər. Yeni qanuna əsasən, parlamentə indiki kimi 275 üzv əvəzinə 325 üzv seçiləcək. Vitse prezident Tariq Haşimi deyib ki, yeni qanun onu tələbinə cavab verib. O, azlıqdakı ərəb sünnilərin parlamentdə daha çox nümayəndə ilə təmsil olunmalarını tələb etmişdi. Vaşinqton yeni seçki qanunun təsdiqi münasbətilə İraq xalqını təbrik edərək, hadisəni İraq demokratiyası üçün həlledici mərhələ adlandırıb.
XS
SM
MD
LG