Accessibility links

İraqda seçkilər martın 6-da keçiriləcək


İraq rəsmiləri ümummilli seçkiləri martın 6-na təyin ediblər. Bundan öncə rəsmilər BMT-nin təklif etdiyi 27 fevral tarixini dəstəkləyirdilər. İraq konstitutsiyası seçkilərin yanvarın sonundan əvvəl keçirilməsinə çağırır. Lakin sənəd həmçinin tələb edir ki, seçki qanunu səsvermədən 60 gün əvvəl qəbul edilməlidir. Parlament çoxdan ləngidilən qanunu bazar günü təsdiq edib. Ağ Ev bildirir ki, yenilənmiş seçki qanunu göstərir ki, iraqlılar aralarındakı fikir ayrılıqlarını dinc yolla həll etməyə sadiqdirlər. Mətbuat katibi Robert Gibbs deyib ki, Birləşmiş Ştatlar iraqlılara münaqişələrin dinc yolla həllinə və ölkənin vahidliyinə kömək etməyə hazırdır. ABŞ İraqdan qoşunların çıxarılması tempini seçkilərlə əlaqələndirir.

XS
SM
MD
LG