Accessibility links

Bu gün Bağdadda həyata keçirilən bomba hücumları azı 118 nəfərin ölümünə səbəb olub


İraq polisinin bildirdiyinə görə, paytaxt Bağdadda həyata keçirilən bomba hücumları azı 118 nəfərin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olub. Üç bomba hücumu arasında bir neçə dəqiqəlik fərq olduğu bildirlir. Partlayışlardan biri Bağdadın ticarət mərkəzində, digər ikisinin isə Daxili İşlər və Əmək Nazirlikləri yaxınlığında baş verib. İraq televiziyası ilə bomba hücumlarının baş verdiyi yerlərdə yanğınsöndürən və xilasedici dəstələrin yaralananlara yardım göstərdikləri nümayiş etdirilib.

Bundan bir az əvvəl Bağdadın cənubunda maşına yerləşdirilmiş bombanın polis idarəsi yaxınlığında partladılması azı 3 polis işçisi və bir mülki vətəndaşın ölümünə səbəb olmuşdu.


XS
SM
MD
LG