Accessibility links

ABŞ -ın Əfqanıstanda baş komandiri prezident Obamanın yeni strategiyasını dəstəkləyir


ABŞ-ın Əfqanıstandakı baş komandiri deyib ki, prezident Barak Obamanın yeni strategiyasında nəzərdə tutulanların həyata keçirilməsi mümkündür və Amerika əsgərlərinin sayı 2011-ci ilin ortalarından başlayaraq azaldıla bilər.

Bu gün Konqresdə danışan general Stenli Makkristal prezident Obamanın Əfqanıstana əlavə otuz min Amerika əsgəri göndərmək qərarına tam dəstək bildirib.

Makkristal deyib ki, o, ABŞ-ın Əfqanıstanda inkişafa nail olmaq üçün indi həm düzgün strategiyaya, həm də resurslara malik olduğuna inanır. Onun sözlərinə görə, o, bir il ərzində əsgərlərin sayının artırılmasının xeyri olub-olmadığının aydın olacağını düşünür.

Bundan öncə əsgərlərin sayının artırılması haqda sual qaldırmış ABŞ-ın Əfqanıstandakı səfiri Karl Aykenberri də indi prezidentin planını dəstəklədiyini bildirib.

XS
SM
MD
LG