Təhlükəsilik tədbirlərinin gücləndirildiyi Bağdadda 127 nəfərin ölümü ilə nəticələnənbomba hücumlarının necə baş verdiyi barədə yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin İraq parlamenti qarşısında hesabat verəcəyi gözlənilir.
Dinləmədə ölkənin daxili işlər naziri Cavad Əl-Bolani ilə bərabər müdafiə naziri və Bağdadın hərbi əməliyyatlar üzrə rəisi iştirak edəcək. Dünən Bağdadda həyata keçirilən bomba hücumları Maliyyə və Əmək nazirlikləri, eləcə də məhkəmə binasını hədəf almışdı.
Rəsmilər hücumlar nəticəsində
400 nəfərdən çox adamın yaralandığını bildrimişlər. Hücumların məsuliyyətini
üzərinə götürən olmasa da, İraqın təhlükəsizlik rəsmiləri Əl-Qaidə ilə əlaqəsi
olan terrorçuları və sabiq İraq lideri Səddam Hüseynin Bəəs partiyasının
üzvlərini günahlandırır.
Bu gün də Bağdadın şimalındayol kənarına yerləşdirilmiş bomba partlayışlarının 4 nəfərin ölümünə, 18 nəfərin yaralanmasına səbəb olduğu xəbər verilir.