Accessibility links

Rusiya prezidenti mətbuat üzvlərilə görüş keçirib


Jurnalistlərin suallarına cavab verən cənab Medvedev Rusiya-Gürcüstan münasibətləri, Ukrayna ilə enerji məsələləri və Türkiyə-Ermənistan yaxınlaşması kimi məsələlərindən danışıb.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına Rusiyanın münasibətilə bağlı sualı cavablandıran prezident Medvedev deyib ki, Rusiya ümumilikdə prosesə müsbət yanaşır. “Biz Ermənistan və Tükriyə arasında münasbətlərin yaxınlaşmasına müsbət yanaşırıq. Onların yirminci əsrdə aralarında olan böyük problemləri həm qarşılıqlı təmkin göstərərək, həm də kompromis axtararaq həll etmək cəhdlərini müsbət qarşılayırıq. Buna görə də biz bu prosesi alqışlayırıq, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və diplomatik münasibətlərin qurulması prosesini düşünlmüş və ədalətli kimi qiymətləndiririk. Mənə elə gəlir ki, burada başqa dövlətlərin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının kiminsə əleyhinə deyil, Ermənistan, Türkiyə və bütün qonşu dövlətlər üçün edildiyini başa düşmək çox mühümdür. Bu mesaj düzgün işlənb göndərilsə, bu prosesi diqqətlə izləyən başqa ölkələrdə gərginlik yaranmayacaq.”

Rusiya prezidenti əlavə edib ki, Rusiya məhz bu mövqedədir və bu proseslərə müsbət yanaşır. “Bizim nümayəndələrimiz bu yaxınlarda Avropada sənədlərin imzalanması mərasimində iştirak ediblər. Biz bundan sonra da prosesin inkişafına çalışacayıq”-deyə Rusiya prezidenti bildirib.

Rusiya Gürcüstan münasibətləri ilə bağlı sualları cavablandıran Dmitri Medvedev bildirdi ki, iki ölkə arasında siyasi münasibətlər tamamilə pozulub. “Rusiyanın, prezident Medvedevin mövqeyi budur ki, bu, bizim səhfimizə görə baş verməyib. Əgər siyasi kontakaları bir tərəfə qoysaq və mən dəfələrlə demişəm ki, hazırda hakimiyyətdə olan prezidenti və digər başqa rəhbərlərlə əlaqə yaratmaq fikrində deyiləm. Çünki bizim yollarımız ayrılıb və bizim hadisələrə verdiyimiz qiymət də tam fərqlidir.” Lakin bununla belə Rusiya prezidenti deyib ki, iki xalq arasında əsrlik dostluq əlaqələri, xüsusi tarix var və indiyədək əldə edilənləri qoruyub saxlamaq lazımdır.

Qış mövsumu və Ukraynada prezidenti seçkilərinin yaxınlaşması ilə Rusiya və Ukrayna arasında qaz mübahisəsinin iki ölkə arasında münasibətlərə və bunun Avropaya qazın nəqlinə təsiri ilə bağlı ukraynalı jurnalistin suallarını cavablandıran Rusiya prezidenti dedi ki, ukraynalı tərəfdaşlar işə məsuliyyətlə yanaşsalar, Avropaya qazın nəqli ilə heç bir problem olmayacaq.

“Bizim gələn 10 il müddətində iki müqaviləmiz var. Bunlardan biri Ukraynaya qazın nəqli, ikincisi isə tranzitlə bağlıdır. Bu müqavilələrə yenidən baxılması təklifini tamamilə məusliyyətsizlik hesab edirəm. Biz müzakirə aparmağın əleyhinə deyilik, əlbətti ki, gəlin razılaşmaların əsaslarını müzakirə edək. Lakin birtərəfli qaydada müqavilənin pozulması öhdəliyin yerinə yetirilməməsi hesab edilir və sanksiyaları ehtiva edir. Bu yanaşma tərzi qəbulolunmazdır.”

Rusiya prezidenti qeyd etdi ki, bu il Ukrayna üçün 20 endirim edilib, lakin tarifləri əvvəl olduğu kimi saxlanılıb. O bildirdi ki, gələn ildən başlayaraq bazar şərtləri qoyulacaq və qazın qiyməti bazar qiymətinə uyğun olacaq və Ukrayna rəsmilərinin də qeyd etdiyi tranzit tarifləri də bazara uyğunlaşdırılacaq. “Mən şəxsən və mənim hökumətdəki həmkarların Ukraynanın qaz ödənişlərini etməsi kömək məqsədilə ukraynalı və avropalı tərəfdaşaları iqtisadi və maliyyə məsələlərinin həll etməyə razı salmaq üçün çox vaxt sərf etmişik. Biz indi də bu işi davam etdiririk.”-deyə o bildirib.

Rusiya prezidenti deyib ki, avropalı tərəfdaşlar da ona Ukraynanın qaz ödənişlərini vaxtında etdiyini göstərərək, işin getdiyinə işarə edirlər.


XS
SM
MD
LG