Accessibility links

İranda Xameneyinin qardaşının  “Həyatı Nov” qəzeti bağlandı


İNSAFƏLİ HİDAYƏT

Mehr Xəbər Ağentiliyi və bir sıra xəbər sitələrinin verdikləri məlumatlara görə İranda “Həyatı Nov” ya “Yeni Həyat” adlı gündəlik müddətsiz olaraq bağlandı. Həyatı Nov, Ayətollah Əli Xameneyinin qardaşı Hadi Xameneyinin qazetidir ki, İranın islahçılarının cəbhəsindədir.


Əhmədinejad, seçki kampaniyasında iddia etmişdi ki, onun hakimiyyəti dövründə heç bir qəzet və dərgi bağlanmayıb. Amma seçkilərdən indiyə dək, İranda dörd gündəlik bağlanıb. Bunlardan “Etimadı Milli” və “Kəlimeyi Səbz”, Mehdi Kərrubi və Mirhüseyn Musəviyə məxsus idilər ki, Əhmədinejadı tənqidlə onun hakimiyyətini qanuni qəbul etmirdilər. Keçən 6 ay ərzində ayrı 4 qazet də müvəqqəti olaraq bağlanmışdılar. Həyatı Nov-ün bağlanmasından sonra İran parlamentinin 20 üzvü, məclisin rəyisinə bir məktub ünvanlayıb mədəniyyət nazirinin məclisə gəlib qəzetlərin bağlanması barədə suallara, cavab verməsini istəyiblər. Bu millət vəkilləri islahçıdırlar.

Baxmayaraq ki, hakimiyyətin qazetlərin bağlanmasında əli var, İranda Mətbuat Azadlığını Müdafiə Şurasının sözçüsü, Maşallah Şəmsilvaizi Radio Fərdaya deyıb ki, Mahmud Əhmədinejadın birinci dörd illik hakimiyyəti zamanında, 180 qazet ədliyyə dairələri tərəfindən bağlanıb. İran Jurnalistlər Cəmiyyətinin hüquqşünası Kambiz Növruzi deyib ki, sadəcə Əhmədinejadın hakimiyyətinin bir ili müddətində (1386 ya 2007-ci il) İranda 20-30 qazet bağlandı.

Sərhədsiz Jurnalistlər elan edib ki, İran qazetlərin azadlığı cəhətindən ən çətin günləri keçirdir və 175 ölkə arasında mətbuat azadlığı sahəsində 173-cü yerdədir. Hazırda, İranda 30 jurnalist və blogger həbsdədir. İran Azərbaycanlı jurnalistlərin bu siyahıda olub olmadıqları məlum deyil. Azerbaycanlı jurnalist, Səid Mətinpur hələdə Tehranın Evin zindanında həbsdədir.

XS
SM
MD
LG