Rusiya
müdafiə naziri təsdiq edib ki, ölkənin yeni strateji raketinin son sınağı
uğursuz olub. Ağ dəniz hərbi gəmidən buraxılan raket qyeri-müəyyən nöqtəni
vurmağı nəzərdə tutub. Müdafiə mənbələrinin bildirdiyinə görə, raket 3-cü
mərhələdə fəaliyyətini dayandırıb. Bu, Bulava ballistik raketin 12-ci sınağı
idi. Sınaqların yarısında çoxu uğursuzluğa düçar olub. Bu ilin iyul ayında son
uğursuzluqdan sonra Raketlərin Təkmilləşdirilməsi İnstitutunun direktoru istefa
vermişdi. Bulava 8 min kilometr məsafəyə 10 nüvə başlığı daşımağı nəzərdə
tutur. Rusiyanın Topol-M yer-yer raketinin dəniz əsaslı variantı olan Bulavanın
Rusiyanın strateji raket qüvvələrinin əsas silahı olacağı gözlənilir.