Accessibility links

Rusiyanın  strateji Buluva  raketinin sınağı uğursuzluqla nəticələnib


Rusiya müdafiə naziri təsdiq edib ki, ölkənin yeni strateji raketinin son sınağı uğursuz olub. Ağ dənizdəki hərbi gəmidən buraxılan raketin dünən Norveç səmalarında görünən işığın mənbəyi olduğu təxmin edilir. Müdafiə mənbələrinin bildirdiyinə görə, 3-cü mərhələdə raketdə nasazlıq baş verib. Bu, Bulava ballistik raketin 12-ci sınağı idi. Sınaqların yarısında çoxu uğursuzluğa düçar olub. Bu ilin iyul ayında son uğursuzluqdan sonra Raketlərin Təkmilləşdirilməsi İnstitutunun direktoru istefa vermişdi. Bulava raketi ilə 8 min kilometrlik məsafəyə 10 nüvə başlığı daşımaq nəzərdə tutulur. Bu raket raketdən müdafiyə sisteminndən təsir görməməsinə imkan verən qurğulara malikdir. Rusiyanın Topol-M yer-yer raketinin dəniz əsaslı variantı olan Bulavanın Rusiyanın strateji raket qüvvələrinin əsas silahı olacağı gözlənilir.

XS
SM
MD
LG