ABŞ-ın müdafiə naziri Robert Qeyts bildirib ki, İrana nüvə proqramına görə ciddi sanksiyaların tətbiq ediləcəyini gözləyir. İraqa səfəri zamanı nazir deyib ki, İran kursunu dəyişməsə və oktyabr ayında əldə edilən razılığın şərtlərinə əməl etməsə sanksiyalar qacılmaz olacaq.
Robert Qeyts razılıq dedikdə BMT-nin dəstəklədiyi İran uranının zənginləşdiirlməsi üçün xaricə göndərilməsini irəli sürən razılığı nəzərdə tutub. Razılıq İran tərəfindən dərhal rədd edilmişdi.
Dünən BMT-nin Təhlükəsizlik Şurasında keçirilən debatlar zamanı Fransa səfiri Cerard Araud demişdi ki, İran nüvə proqramının dinc mahiyyət daşıdığını sübuta yetirməsə, Fransa sanksiyalarla bağlı qətnamə ilə çıxış edəcək.