Accessibility links

Avropa Ittifaqı nüvə fəaliyyətlərindən əl çəkməsə, İrana qarşı sanksiyaların tətbiqinə çağırıb


Avropa Ittifaqının liderləri nüvə fəaliyyətlərindən əl çəkməsə, İrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Bu gün Brüssüldə verilən bəyanatda deyilir ki, İran beynəlxalq öhdəliklərə əməl etmir və açıq cavab tələb edən beynəlxalq müzakirələrə maraq göstərmir.

Böyük Britaniyanın baş naziri Qordon Braunölkəsinin sanksiyaları nəzərdən keçirəcəyini deyib. Fransa prezidenti Nikola Sarkozi isə deyib ki, İranı əməkdaşlığa cəlb edən addımlar atılmalıdır.

Dünən ABŞ, Fransa və Britaniyanın BMT-dəki səfirləri gələcək sanksiyaları dəstəkləyəcəklərini deyiblər. Rusiya ilə Çin sanksiyaların tətbiqindən çəkinməyə çağırıb.


XS
SM
MD
LG