Accessibility links

ABŞ-ın müdafiə naziri İraqın baş naziri ilə görüşüb


İraqa gözlənilməz səfər edən Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts bu gün İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşüb. Görüş zamanı cənab Qeyts Amerikanın İraqa dəstəyini bir daha dilə gətirib və ABŞ qüvvələrinin 2011-ci ildə İraqdan çıxarılmasından sonrakı təhlükəsizlik məsələlərini müzakirə edib. Bundan sonra Birləşmiş Ştatların Kərkükdəki hərbi bazasında ABŞ hərbçiləri ilə görüşən cənab Qeyts deyib ki, 2011-ci ildən sonra İraqla Birləşmiş Ştatlar arasında təlim, təchizat və digər məsələlərlə bağlı razılıqların əldə edilməsi gözlənilməz olmayacaq. Ərəb-kürd münasibətlərinə gəldikdə isə cənab Geyts tərəflərin birlikdə işləyərək aralarındakı fərqləri aradan qaldırmağa çaçlışdığını deyərək, onları mart ayı seçkilərindən sonra tərəfləri təmsil edən bir hökumətin təşkilinə çağırıb.

Kürdlər yarı-muxtar vilayətlərinin Kərkük regionuna qatılmasına çalışır. Ərəb və türmənlər isə bunun əleyhinə çıxış edir.

XS
SM
MD
LG