Accessibility links

ABŞ dövlət katibi Pakistanla ABŞ münasibətlərinin dərinləşəcəyinə ümid bəsləyir


ABŞ dövlət katibi Hillari Klinton Pakistanla ABŞ arasında yeni tərəfdaşlığın münasibətlərin dərinləşməsinə yol açacağına ümid bəslədiyini deyib. Nyu-Yorkda Amerika-Pakistan Fondunda təşkil edilən şam ziyafətində xanım Klinton Pakistana son səfəri zamanı eşitdiyi tənqidlərin həqiqətə uyğun olmadığını biildirib. Pakistanlılar Amerikanın müdaxiləsini dominantlıq iddiası kimi qiymətləndirirlər.

Dövlət katibi deyib ki, ABŞ Pakistanda demokaratiyanın möhkəmləndirilməsi, iqtisadi artım və ekstremizmin məğlub edilməsi üçüçn addımlar atır. Hillari Klinton Amerikanın pakistanın enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrinə investisiyalar qoyacağını deyib. O, Amerika-Pakistan Fondu kimi qeyri-hökumə təşkilatlarının rolunun mühümlüyünü xüsusi qeyd edib.


XS
SM
MD
LG