Accessibility links

İsrailin nazirlər kabineti yəhudi yaşayış məntəqələri üçün əlavə maliyyə fondları ayırır


İsrailin nazirlər kabineti İordan çayının qərb sahilində işğal olunmuş ərazilərdə yəhudi yaşayış məntəqələri üçün əlavə maliyyə fondalarının ayrılmasına səs verib.

Nazirlər kabineti yaşayış məntəqələrinin bir hissəsini “milli prioritet” zonasına daxil etmək haqda qərar qəbul edib. Bu, həmin məntəqələrin əlavə maliyyə fondları ala bilməsi deməkdir.

Rəsmilərin bildirdiyinə görə, yeni təsdiq edilmiş prioritetlər planında İsrailin qeyri-yəhudi əhalisinin demək olar ki, yarısının təhsil və iş ala bilməsi üçün iqtisadi güzəştlər nəzərdə tutulur.

Keçən ay İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilində yeni yaşayış məntəqələrinin inşasına müvəqqəti məhdudiyyətlər qoyulduğunu elan etmişdi.

Bu qərar sakinlər tərəfindən qəzəblə qarşılanmışdı.

XS
SM
MD
LG