Accessibility links

Britaniyanın Baş naziri gözlənilmədən Əfqanıstana səfər edib


Britaniyanın Baş naziri Qordon Braun Əfqanıstanla əlaqələrin gücləndirlməsi və ölkəsinin müharibədə yeni öhdəliklərini elan etmək üçün gözlənilmədən Əfqanıstana səfərini başa vurub.

Əfqanıstan prezidenti Həmid Karzai ilə Qəndəharda görüşdən sonra cənab Braun Britaniyanın bu ölkəyə əlavə 500 əsgərlə yanaşı, əlavə vertolyotlar və digər hərbi texnika göndərəcəyini elan edib.

Əlavə əsgəri qüvvə ilə Britaniyanın Əfqanıstanda əsgələrinin sayı on min nəfərə çatmış olur.

Cənab Braunun prezident Karzainin Əfqanıstan hökumətində korrupsiyanın qarşısını almaq qabiliyyətini tənqid etməsinə baxmayaraq, iki lider bu gün yaxın əlaqələrin qaldığını təkidlə bildiriblər.

Britaniyanın Baş naziri deyib ki, gələn aylar üsyançılarla mübarizəyə əlavə əsgəri qüvvə qoşulduqca böyük əhəmiyyət daşıyır.


XS
SM
MD
LG