Accessibility links

BMT-nin iqlim konfransında mübahisə yaranıb


İnkişaf etməkdə olan ölkələr BMT-nin iqlim dəyişikliyi barədə sponsorluq etdyi danışıqları xaosa salıblar. Bu gün Kopenhagendə dünyanın ən yoxsul ölkələrinin nümayəndələri istixanə qazlarının azaldılması ilə bağlı müqaviləyə dəstəyin azalmasından qəzəblənərək danışıqlar masasını tərk ediblər. Bir çox Afrika ölkələri də daxil olmaqla inkişaf etməkdə olan ölkələr Kyoto Protokolunun uzadılmasını istəyirlər ki, bu sənədə yalnız inkişaf etmiş ölkələr üzərində öhdəliklər qoyur. Lakin varlı dövlətlər bu yanaşmanı dəstəkləmirlər. İnkişaf etmiş ölkələr Koyoro protokoluna ABŞ və Çin kimi dövlətlərin imza atmadıqlarını deyirlər. İnkişaf etməkdə olan ölkələr mübahisə həll olunmayınca danışıqlar masasına qayıtmayacaqlarını bəyan ediblər.

XS
SM
MD
LG