ABŞ rəsmiləri deyir ki, prezident Barak Obama Şimali Koreya lideri Kim Conq İlə məktub ünvanlayıb. Məktub beynəlxalq ictimaiyyətin Pxenyanı nüvə proqramı ilə bağlı danışıqlar masasında qaytarmaq səylərini intensivləşdirdiyi vaxta təsadüf edir. Adının məxfi qalmasını arzulayan Dövlət Departamenti rəsmisi deyib ki, məktub ötən həftə administrasiyanın Şimali Koreya üzrə xüsusi elçisi Stefen Bosvors tərəfindən Pxenyana çatdırlıb. Rəsmilər məktubun detalları barədə şərh verməkdən imtina ediblər. Amerika prezidentinin hakimiyyətinin erkən dönəmində Şimali Koreya liderinə şəxsi məktub göndərməsi qeyri-adi sayılır. Şimali Koreyaya səfərindən sonra Bosvors bildirib ki, Pxenyan altıtərəfli danışıqlara qayıtmaqla bağlı təklif olunan vaxt cədvəlinə razı olmayıb.