İran
ölkənin ən uzaq məsafəyə çatma qabiliyyətinə malik olan raketlərindən birinin
yeni modelini sınaqdan keçirib. Sejil-2 raketinin bu gün buraxıldığını göstərən
dövlət telekanalı sınağın uğurla həyata keçirildiyini bildirib. 2000
kilometrlik məsafədəki obyekti vura bilən Sejil 2 İsrail və ABŞ-ın cənub-şərqi
Avropadakı bazalarına çatmaq qabiliyyətinə malikdir. Müdafiə naziri Əhməd Vahidinin
sözlərinə görə, raket çəkindirici mahiyyət daşıyır. O, İran telekanalına deyib
ki, raketin sürəti və manevr qabiliyyəti onun məhv edilməsini qeyri-mümkün
edir. Böyük Britaniya baş naziri Qordon Braun deyib ki, raket sınağı nüvə
proqramına görə Qərblə gərgin münasibətlərdə olan Tehrana əlavə sanksiyalar
tətbiq edilməsinə yol açır.