NATO baş katibi Anders Fog Rasmussen alyansın Əfqanıstandakı əməliyyatlarına Rusiyadan daha çox yardım almaq məqsədilə Moskvadadır. Rasmussen Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, tərəflər arasındakı əvvəlki narazılıq Rusiya və NATO-nun oxşar təhlükəsizlik maraqlarına kölgə salmamalıdır. Onun sözlərinə görə, alyansı sədri olandan bəri Moskvaya 3 günlük ilk səfərin məqsədi tərəflər arasında yeni tərəfdaşlıq münasibətlərinin qurulmasıdır. Rasmussen bu gün Rusiya baş naziri Vladimir Putin və prezident Dmitri Medvedyevlə də görüşlər keçirib.