Accessibility links

Yəməndə Əl-Qaidanın terror qəsdinin qarşısı alınıb


Yəmən bildirir ki, ardıcıl hava hücumları Əl-Qaidənin ölkədə terror hücumları həyata keçirmək planlarının qarşısını alıb. Müdafiə rəsmilərinin bu gün verdiyi məlumata görə,təhlükəsizlik qüvvələri hərbi təyyarələrin müşayiəti ilə Əl-Qaidənin paytaxt Səna şəhərinin şimalındakı şəbəkəsini, o cümlədən ölkənin cənubundakı təlim düşərgəsini vurub. Rəsmilər deyir ki, reyd zamanı Əl-Qaidənin 34 yaraqlısı öldürülüb, 17 nəfər isə nəzarət altına alınıb. Onlar deyir ki, Əl-Qaidənin intiharçılardan istifadə edərək məktəblərə və xarici müəssisələrə hücum planları barədə məlumat əldə edəndən sonra əməliyyatlara başlayıblar. Keçən ay Əl-Qaidə 5 təhlükəsizlik zabitinin həlak olduğu hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.
XS
SM
MD
LG