İşsizlik kompensasiyası üçün müraciət edən amerikalıların sayı ötən həftə bir qədər artıb. Əmək nazirliyinin açıqladığı hesabat göstərir ki, son aylarda işsizlik üçün müraciət edənlərin sayının azalmasına baxmayaraq, ötən ay bu rəqəm 7,000 artıb. ABŞ-da işsizlik səviyyəsi 10 faizə çatıb və bu üzdən narahatlıqlar ABŞ Nümayəndələr Palatasını 154 milyard dollar yardım paketi təsdiq etməyə vadar edib. Qanun layihəsi cəmi 5 səs fərqi ilə qəbul olunub və hələ də senat tərəfindən nəzərdən keçirilməli və prezident tərəfindən imzalanmalıdır. Konqresin qəbul etdiyi sənəd işsizlik müavinətlərini artıracaq və işsizləri sığorta proqramları ilə təmin edəcək.