Pakistan rəsmiləri bildirirlər ki, ölkənin
şimal-qərbindəki bir məsciddə cümə namazı zamanı bomba partlayışı nəticəsində 11 adam həlak olub. Məscid
Aşağı Dir regionunun polis idarəsi
yaxınlığında yerləşir. Xəstəxana işçiləri hadisədə bir neçə uşaq daxil olmaqla
azı 28 nəfərin yaralandıqlarını
bildirirlər. Aşağı Dir Svat vadisinin
qonşuluğundadır . Hökumət taliban yaraqlılarını məntəqədən çıxartmaq üçün bu
ilin əvvəllərində onlara qarşı geniş
miqyaslı hərbi əməliyyata başlayıb. O
tarixdən bəri yaraqlılar təhlükəsizlik
qüvvələrinin hədəflərinə hücumlar edirlər.
Bu
arada Pakistan kəşfiyyat xidmətinin
rəsmiləri deyirlər ki, Birləşmiş Ştatların şübhəli bilinən pilotsuz təyyarəsi Şimalı
Vəziristananın bir evinə raket atması nəticəsində azı 3 yaraqlı
öldürülüb.