Nümayişçilər mərhum ayatullah Xomeyninin adını səsləndiriblər. Bu nümayiş iyun ayında mübahisəli prezident seçkilərdən sonra təşkil edilmiş ən son kütləvi etiraz
namayişidir. İran televiziyası keçən
həftə müxalifətin təşkil etdiyi tələbə nümayişi
zamanı çəkildiyi bildirilən videonu dəfələrlə nümayiş etdirib.
Müxaifətin lideri və sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvi
tərəfdarlarını ayatullah Xomeyniyə
hörmət etməyə və heç vaxt onun şəklini
yandırmamağa səsləyib. Bazar günü
nümayişdə iştirak edən tələbələr İmam Xomeyninin şəklinin yandırılmasının
arxasında hökumətin durduğunu bildirərək
deyiblər ki, hökumət bu yolla müxalifəti hörmətdən salmağa səy göstərir.
Ayatullah Xomeyniyə simvolik rəğbət olduqca güclüdür. Onun tərəfdarları şahı hakimiyyətdən
deviriblər. Mir Hüseyn Musəvini qətiyyətlə himayə etmiş Ayatullah Xomeyni 1980-ci illərdə Musəvini baş nazir təyin etmişdi. Dövlətin təşkil etdiyi bütün nümayişlərdə
olduğu kimi, bugünkü nümayişdə də çıxış edənlər Amerikaya ölüm şüarları səsləndiriblər.
Dövlət televiziyası nümayişi canlı
yayımlayıb.