Accessibility links

Obama və Medvedyev bu gün Kopenhagendə görüşəcək


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenkonun sözlərinə görə, Birləşmiş Ştatlar və Rusiya müzakirəçiləri yeni silahlara nəzarət razılığının əldə olunmasına yaxındır. Rusiya dövlət mətbuatı İnterfaks sözçüyə istinadən bildirir ki, qalan bütün məsələlər bu gün ABŞ dövlət başçısı Barak Obama və Rusiya prezidenti Dmitri Medvedyev arasındakı görüşdə həll oluna bilər. Kopenhagen konfransına qatılan iki lider bu gün görüşürlər. Bununla yanaşı, hər iki ölkənin nümayəndə heyətləri İsveçrənin Cenevrə şəhərində saziş barədə müzakirələrə davam edirlər.
XS
SM
MD
LG