Accessibility links

12 Quantanamo məhbusu başqa ölkələrə təhvil verilib


ABŞ Quantanamo körfəzindəki hərbi məhbəsdə saxlanılan 12 məhbusu Əfqanıstan, Yəmən və Somaliyə təhvil verib. ABŞ ədliyyə nazirliyi hökumətin yaratdığı işçi qrupun 12 məhbusun məsələsini ayrı-ayrılıqda nəzərdən keçirdiyini elan edib. Şübhəlilərin törətdikləri risk faktorunu nəzərə aldıqdan sonra ABŞ hökuməti onları vətənlərinə qaytarmağa qərar verib. Məhbuslardan altısı Yəmənə, dördü Əfqanıstana, ikisi isə Somalidəki regional hökumətə təhvil verilib. Ədliyyə nazirliyi 2002-ci ildən bəri Quantanamao həbsxanasından 560 məhbusun çıxarıldığını bildirir.
XS
SM
MD
LG