Accessibility links

Avropa Komissiyası Cənubi Qafqazda fəlakətə hazırlıq üçün yardım edir


Avropa Komissiyası Azərbaycan, Gürcüstan və Ermənistanda fəlakətə hazırlıq tədbirləri üçün 2 milyon avro ayırıb. Cənubi Qafqaz ölkələrində torpaq sürüşməsi, sel, daşqın və zəlzələ kimi təbii fenomenlər müntəzəm şəkildə baş verir və bu hallar getdikcə artır. Bu kimi fəlakət hallarına daha yaxşı hazırlaşmaq və onların öhdəsindən gəlmək üçün göstərilən yardımlar yerli və dövlət qurumlarının potensialını gücləndiriləcək. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Komissiyanın maliyyələşdirdiyi humanitar yardım layihələri BMT-nin xüsusi agentlikləri və Qırmızı Xaç Cəmiyyəti kimi qeyri-hökumət yardım təşkilatları tərəfindən icra ediləcək.
Xəbərdə deyilir ki, vəsait İnkişaf və Humanitar Yardım məsələləri üzrə Avropa Komissarı Karel De Quxtun cavabdehliyi altında Avropa Komissiyasının Humanitar Yardım departamenti vasitəsilə təmin ediləcək.
Maliyyələşmədə məqsəd yerli icma və qurumların təbii fəlakətlərə daha yaxşı hazırlaşmaları, onların təsirini zəiflədib, cavab verə bilmələrinə şərait yaradan strategiyaların dəstəklənməsi ilə yerli icma və qurumların dayanıqlığını artırmaq və zəif tərəflərini qüvvətləndirməkdir.
Layihələr çərçivəsində milli və regional qurumlar arasında fəaliyyətin əlaqələndirilməsi və məlumat mübadiləsi dəstəklənəcək. Fəlakət hallarının idarə edilməsi sahəsində baza bilikləri veriləcək; təlim keçiriləcək və erkən xəbərdarlıq sistemləri təmin ediləcək. Təxliyə üzrə təcrübi tapşırıqların yerinə yetirilməsi, məşq və təlimlərin keçirilməsi ilə yerli icmalar arasında məlumatlandırma kampaniyaları keçiriləcək. Bəzi yerlərdə kiçik miqyaslı infrastruktur işləri və xidmətləri də maliyyələşdiriləcək. Xüsusi hədəf qrupları qadınlar, uşaqlar və əhalinin əlil, milli azlıqlar kimi zəif qrupları olacaq.


XS
SM
MD
LG