Accessibility links

Təhlil: Rusiya və qonşuları üçün tarix qızğın debat mövzusudur


Xəbərlər adətən tarixin ilk yazısı kimi təsvir olunur. Lakin bu il Rusiyada tarix özü geniş xəbər mövzusu oldu. Əslində isə söhbət Rusiyanın keçmişindən yox, gələcək istiqamətindən gedir.

2009-cu ildə ruslar Poltavada İsveç üzərində qələbənin 300 illiyini qeyd etdilər. Həmin döyüşdən sonra Rusiya Şimali Avopada İsveçi superdövlət kimi əvəzlədi. 70 il bundan öncə Moskva və Berlin üzdəniraq Molotov-Ribbentrop Paktı imzaladılar ki, bu, gizlində Avropanı alman və Sovet nüfuz dairələrinə bölmək məramı daşıyırdı. İmzalanmadan az sonra İkinci Dünya müharibəsi başladı. 1989-cu ildə isə Berlin Divarı çökdü. Həmin divar Kremlin təşəbbüsü ilə az qala yarım əsr Avropanı ikiyə bölmüşdü.

Rəsmi Kremlin tarixə baxışı onun qurbanlarınınkından fərqlənir. Məsələn Moskva hesab edir ki, Sovet qüvvələri Baltikyanı dövlətləri və Şərqi Avropanı nasist əsarətindən azad ediblər. Eston tarixçi Meelis Marituu bu fikirlə qismən razılaşsa da mühüm elementin unudulduğunu söyləyir. Belə ki, Sovet qüvvələri almanları Estoniyadan çıxardlıqdan sonra bu ölkəni tərk etməkdən imtina etdilər. Estoniyada legitim hakimiyyətin bərpa edilməsi üçün seçkilər keçirilməli idi. Lakin Sovet qüvvələri oyuncaq kommunist hökumətini hakimiyyət başına qoyaraq bütün müxalifəti əzdilər.

Marituu Tallinin İşğal Muzeyində çalışır. Burada həm nasistlər həm də sovetlər işğalçı kimi təsvir olunur. Rusiya son illər hər vəchlə çalışır ki, Soviet İttifaqı Nasist Almaniyası ilə müqayisə edilməsin. Moskvanın təqdim etdiyi qanun layihəsinə əsasən müharibədə Sovet qələbəsini danan xarici tarixçilər Rusiyaya daxil ola bilməzlər. Rusiya prezidenti Dmitri Medvedev tarixin saxtalaşdırılmasının Rusiyanın milli maraqlarına zidd olduğunu deyir.

Ukraynalı tarixçi Serhiy Stelmax Kiyevin Şevçenko Dövlət Universitetində Rusiya tarixi üzrə mütəxəssisdir. O, Rusiyada tarixin saxtalaşdırılmasını bir sıra faktorlarla izah edir ki, buraya müharibə veteranlarının səyləri və Kremlin özəl maraqları daxildir. Əslində Stelmaxın sözlərinə görə Rusiyada yaranan tarix komissiyası həqiqətin senzura edilməsindən başqa bir şey deyil. Kremlin yaratdığı tarix komissiyasına kəşfiyyat agentliklərinin, dövlət təhlükəsizlik xidmətinin və parlamentin üzvləri daxildir. Marituu deyir ki, tarixin öyrənilməsi ilə siyasət arasında çəpər olmalıdır. Onun sözlərinə görə Rusiyada tarix siyasətin qurbanına çevrilir.

Tarxçilər şikayət edir ki, Rusiya rəsmiləri son illərdə arxivlərə çıxışı xeyli məhdudlaşdırıblar. Arabir Rusiya xarici işlər nazirliyi Sovet hökumətini müsbət işıqda göstərən sənədlər açıqlayır. Lakin getdikcə hətta rus tarixçiləri arasında əks baxışlar yer almaqdadır. 45 rus tarixçi tərəfindən hazırlanmış 20-ci əsr Rusiya tarixinin yeni nəşrində redaktor Andrey Zubov qeyd edir ki, ölkənin keçmişini öyənmək çox ağrılıdır, və bir çoxları bu üzdən bu işə baş vurmurlar. Həmin ağrıların bir çoxunu kitabda faş edən tarixçilər bu nəticəyə gəliblər ki, Rusiyada milli vəhdət cilalanmış miflər yox, həqiqət üzərində qurulmalıdır.

XS
SM
MD
LG