Accessibility links

Kolumbiyada vilayət qubernatoru öldürülüb


Kolumbia rəsmiləri deyir ki, solçu yaraqlılar tərəfindən oğurlanan vilayət qubernatorunun cəsədi Cənubi Kaqeta vilayətində tapılıb. Rəsmilər deyir ki, partlayıcılarla əhatə olunan cəsəd dünən Kaqeta paytaxtı Florensiya yaxınlığında aşkar edilib. Qubernator Luiz Fransisko Selyar bir gün əvvəl öz evindən oğurlanmışdı. Qubernatorun evində reyd keçirən yaraqlılar partlayıcılardan istifadə edib və nəticədə bir polis zabiti həlak olub. Təhqiqatçılar hücuma görə Kolumbiya İnqilabi Silahlı qüvvələrinin məsuliyyət daşıdığını ehtimal edir. Prezident Alvaro Uribe qubernatorun axtarışına qoşun cəlb etmiş və Selyarı azad edilməsinə yardın göstərəcək məlumat verən şəxsə 500 min dollar vəd etmişdi.
XS
SM
MD
LG