Accessibility links

İraqın Mosul şəhərindəki kilsəyə hücum həyata keçirilib


Iraqın şimalındakı Mosul şəhərində yerləşən Müqəddəs Tomas kilsəsi yaxınlığında baş verən bomba hücumu bir nəfərin ölümünə, 5-nin yaralanmasına və kilsənin zədələnməsinə səbəb olub. Rəsmilər hücumun İraq xristianlarının Milad bayramını qeyd etmələrinə bir gün qalmış həyata keçirildiyini deyirlər. Bu gün İraqdan alınan digər xəbərdə isə deyilir ki, Bağdadın şimalında avtobusa yerləşdirilmiş bombanın partlaması bir nəfərin ölümünə, üçünün yaralanmasına səbəb olub. Dünən İraq ordusunun briqada generalı Riyad Əbdülməcidin öz evi qarşısında silahlı şəxs tərəfindən qətlə yetirildiyi xəbər verilmişdi.

XS
SM
MD
LG