Accessibility links

İranın İnqilab Məhkəməsi sabiq hökumət sözçüsünü 6 il həbs cəzasına məhkum edib


İranın İnqilab Məhkəməsi prezident seçkilərindən sonra ölkənin konservativ hökumətinə qarşı keçirilən etiraz aksiyalarının təşkili ittihamı ilə sabiq hökumət sözçüsü Abdulla Ramazanzadəni 6 il həbs cəzasına məhkum edib. İranda məşhur islahatçılardan biri kimi tanınan Abdulla Ramazanzadə İranın milli təhlükəsizliyinə qarşı fəaliiyətlərdə günahlandırılır. İran mediası Ramazanzadəyə həbs cəzasının verildiyi tarixi açıqlamayıb.

Abdulla Ramazanzadə Məhəmməd Xatəminin prezidentlik dövrü, 1997-ci ildən 2005-ci ilə qədər hökumət sözçüsü olub. Cənab Ramazanzadə iyun ayında prezident seçkilərindən sonra hökumətin göstərişi ilə həbs edilən və ölkə boyu etiraz aksiyalarının təşkilində ittihamlar irəli sürülən yüksək səviyyəli islahatçıların arasında idi.

XS
SM
MD
LG