Accessibility links

İnsan həyatını və azadlıqlarını əziz sayan müştəhid Müntəzirinin həyatının mühüm məqamları


Ayətullah Hüseynəli Müntəziri 87- yaşında dünyasını dəyişdi. Həkimi Qulamriza Bahir “yaşı və müxtəlif xəstəliklərin” Müntəzirinin ölüm səbəbi olduğunu bildirdi.

İranın dini lideri Xameneyi ölümü münasibətiylə verdiyi bəyanatında, Müntəzirini “məharətli fəqih və böyük müəllim” adlandırsa da bunu da qeyd etdi ki, “Onun ömründə bir imtihan qabağa gəlmişdi, allah həyatında çəkdiyi çətinliklərə görə onu bağışlasın.”

Hüseynəli Müntəziri, Ayətullah Xomeyni ilə bərabər mollalıq dərsi oxumuşdu. Müntəziri öz xatirələrində yazır ki “Xomeynini heçkim müştehid olaraq qəbul etməmişdi.” Müntəziri onun müştehid olmağında böyül rol oynayıb.

Xomeyni Şahın islahatlarına müxalifət etdiyinə görə Şah onu öldürmək qərarına gəlmişdi, Təbrizli Ayətullah Seyyid Kazım Şəriətmədari və Ayətullah Müntəziri onu ölümdən qurtardılar. Onlar Xomeyninin edamının qarşısını almaq üçün İran Şahına müraciət etdilər.

Xomeyni İraqa sürgünə getdi və Müntəziri də, Xomeynini müdafiə etdiyinə görə İranda 8 il müxtəlif şəhərlərdə sürgündə yaşadı. O sonra Şah rejimi tərəfindən həbs edilərək dörd il Tehranın Evin zindanında saxlandı.

Müntəziri İslam İnqilabı zamanında həbsdən azad olunsa da İranda qalmır və Parisə Xomeyninin yanına gedir. İnqilab Şah rejiminə qələbə çalandan sonra isə Əsas Qanun Məjlisinin sədri olur. O daha sonra Tehranın İmam Cüməsi təyin edilir.

1985-ci ildə xüsusi məclis, Müntəzirini Xomeyninin müavini seçir ki, buna görə Xomeyninin ölümündən sonra Müntəziri dini rəhbər olmalıydı. Müntəziri 5 il Xomeyninin müavini vəzifəsində qalsa da elə əvvəlcədən, xüsusilə siyasi məhbusların edamı məsələsi ilə əlaqədar, onunla Xomeyni arasında ixtilaf başlayır.

1989-cu (1368) ildə, Ayətullah Xomeyni İran həbsxanalarındakı siyasi məhbusların hamısı üçün ölüm hökmü verir. Ayətullah Müntəziri Xomeyninin bu qərarına müxalifət etdiyinə görə Xomeyni onu vəzifəsindən kənarlaşdırır.

O zamanda Müntəzirinin Xomeyninin xələfi kimi İranın dini lideri olmasına bir neçə ay vaxt qalmışdı. Ancaq Xomeyninin ölümündən sonra Əli Xameneyi ayətullah elan edildi və Xomeyninin yerinə seçildi. Müntəziri Xameneyinin bir gecədə ayətullah olmasını qəbul etmədi. Buna görə də beş il ev həbsində qaldı.

Müntəziri İran hökumətini tənqid edirdi. O bu yolda İslahçıları, azadlıqları və insan haqlarını müdafiə etdi. İranda din adına həyata keçirilən zorakılıqlar və istibdadın əleyhinəydi və hər zaman xalqın haqlarını müdafiə edirdi.

O İranın bu ilki prezident seçkilərindən sonrakı etiraz nümayişləri zamanı hakiməyyəti qınadı. Məmurları, məhkəmələri və dövlət nümayəndələrini xalqın tərəfində dayanmağa çağırdı.

Ayətullah Hüseynəli Müntəziri, Təbrizli Ayətullah Şəriyətmədaridən sonra İran türklərinin haqlarından müdafiə edən birinci ayətullah idi.

O bir ay yarım bundan əvvəl Amerikanın səsinin Azərbaycan redaksiyasının müxbirinə yazılı olaraq verdiyi müsahibəsində İran türklərinin qanun və din əsasında öz hüquqlarını tələb etmək haqlarının olduğunu bildirdi.

XS
SM
MD
LG