Accessibility links

Roma papası Milad mesajını verdi


Roma papası Benedikt Müqəddəs Pyotr meydanında minlərlə insan qarşısında ənənəvi Milad mesajı ilə çıxış edib.

Bir neçə dildə danışan Papa qlobal maliyyə böhranının təsirləri, yaxın Şərq və Konqo Demokratik Respublikasında münaqişələr, Madaqasqar, Niger və Qvineyada siyasi iğtişaşlardan gileylənib. Lakin o, dünya xristianlarının sülh naminə əzmlə işləyəcəyini deyib.

Vatikanın sözçüsü dünən Roma papasınının yıxılması ilə bağlı açıqlama verərək, buna səbəb olan qadının psixoloji problemləri olduğunu və xəstəxanaya aparıldığını deyib. Sözçü qadının üzərində silahı olmadığını deyib.

Roma papası insident zamanı xəsarət almayıb.

XS
SM
MD
LG