Accessibility links

ABŞ Senatının liderləri İrana qarşı əlavə sanksiyaların qəbul ediləcəyinə söz verir


ABŞ Senatında nüfuzlu qanunvericilər gələn il İrana qarşı əlavə sanksiyaların qəbul edilməsinə çalışacaqlarını bidiriblər.

Senatın dünən səhiyyə islahatlarına dair qanun layihəsi qəbul edildikdən sonra iclası keçirilib. Senatda əksəriyyət təşkil edən demokratların lideri Herri Rid deyib ki, qanunvericilər yanvar ayında yenidən toplaşan zaman o, İrana dair sanksiyalarla bağlı qanun layihəsinin səsverməyə qoyulmasına çalışacaq.

Qanun layihəsi qəbul edilib qüvvəyə minsə, bu, ABŞ-ın İranı benzinlə təmin edən şirkətlərə qarşı ciddi cərimələr tətbiq etməsinə imkan verə bilər.

İran dünyanın əsas neft istehsalçılarından biri olsa da, nefti emal etmək qabiliyyətinə malik deyil və benzinin 40 faizini xarici şirkətlərdən alır.

Eyni qanun layihəsi bu ilin əvvəli ABŞ-ın Nümayəndələr Palatasında qəbul edilmişdir.


XS
SM
MD
LG