Accessibility links

Pakistanda yaraqlı qrupa qoşulmağa çalışan amerikalıların istintaqı davam edir


Pakistanda təhqiqatçıları militantların qrupuna qoşulmağa çalışan beş amerikalının sorğu-sual edilməsi üçün daha artıq vaxt alıblar.

Puncab vilayətində məhkəmə amerikalılaraı sorğu-sual etmək üçün polisə əlavə 10 gün vaxt verib. Vaşinqton şəhərindən olan beş amerikalı bu ayın əvvəli qadağan edilmiş Ceyşi-Məhəmməd qrupunun başçısının Sardoqakı evində həsb edilmişlər.

Polis onlarım noyabr ayında Pakistana səfər etməzdən əvvəl militanatlarla İnternet vasitəsilə əlaqə yaratdığını deyib.

Amerika müsəlmanlarını təmsil edən vətəndaş hüquqları qrupu onların səfərdən öncə video kaset hazırladığını bildirib. Burada deyilir ki, müsəlmanlar müdafiə olunmalıdır.

ABŞ-ın Federal Təhqiqat bürosunun agentləri amerikalıları Pakistanda sorğu-sual ediblər.


XS
SM
MD
LG