Accessibility links

İranda polis və müxalifət tərəfdarı nümayişçilər arasında toqquşma baş verib


İran polisi və paytaxt Tehranda Aşura günü münasibətilə toplaşmış hökumət əleyhdarı nümayişçilər arasında toqquşma baş verib.

Şahidlərin verdiyi məlumata görə, polis Tehranın şimal hissəsində keçmiş islahatçı prezident Məhəmməd Xatəminin çıxış etməli olduğu Camaran məscidi ətrafında küçələrdə toplaşmış nümayişçilərilə toqquşub.

Bundan öncə islahatçıların veb səhifəsində bildirilmişdi ki, iğtişaş polisi Tehranın mərkəzində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şahidlər bildirir ki, bəzi nümayişçilər döyülüb, ya da həbs edilib, iğtişaş polisi küçədən ötən avtomobillərin şüşülərini sındırıb.

İslahatçılara məxsus bir veb səhifədə isə bildirilir ki, iğtişaş polisindən qaçmağa çalışan yüzlərlə nümayişçi Tehranda şəhər avtobuslarına minərək, pəncərələrdən şüarlar bağırıb.

Bu məlumatlar İranın sərt xətt tərəfdarı ruhanisi Əhməd Xatəminin hökumət əleyhdarı fəallara Aşura günündən nümayişlər keçirmək üçün istifadə etməməyə dair xəbərdarlıq verməsindən bir gün sonra verilir.

XS
SM
MD
LG