Accessibility links

İraqda Aşura mərasimi zorakılıqlarla müşayiət olub


Iraq polisinin bildirdiyinə görə, Bağdadda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində Aşura mərasimində iştirak edən iki adam həlak olub.

Yeni Bağdad rayonunda baş verən hücum səkkiz adamın yaralanmasına səbəb olub.

İraq rəsmiləri şiə zəvvarlar Aşura günü münasibətilə müqəddəs Kərbəla şəhərində axışdıqca təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Bu həftənin əvvəli dindarları hədəf alan hücumlar zamanı bir neçə zəvvar həlak olub.

XS
SM
MD
LG