Accessibility links

Türkiyədə sui-qəsd cəhdi ilə əlaqədar 8 əsgər həbs edilib


Türkiyə rəsmiləri ölkənin baş naziri müavininə qarşı sui-qəsd planı ilə bağlı təhqiqatla əlaqədar səkkiz əsgəri həbs ediblər. Ordunun veb səhifəsində yerləşdirilmiş bəyanatda deyilir ki, əsgərlər paytaxtda hərbi bazada axtarışdan sonra ordunun Ankaradakı baş qərargahına aparılıblar.

Təhqiqat keçən həftə iki əsgərin baş nazir müavini Bülent Arıncın evi yaxınlığında qısa müddətə saxlandığı haqda məlumatlar verildikdən sonra başlamışdır. Qəzetlərdə verilmiş məlumatlarda bildirilmişdi ki, onların sui-qəsd hazırlamaqda əli ola bilər.

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə silahlı qüvvələrinin başçısı general İlker Başbuğla görüşüb. Baş nazirin ofisindən verilən bəyanatda onların təhlükəsizlik məsələlərini müzakirə etdiyi deyilir, lakin detallar verilmir.


XS
SM
MD
LG