Accessibility links

Qəzza Zolağında müharibənin birinci ildönümü anıldı


Qəzza Zolağında fələstinlilər İsrailin Hamasa qarşı müharibəsinin birinci ildönümünü bir dəqiqəlik sükutla anıblar. İsrail təyyarələrinin Qəzzadakı hədəfləri bombalamağa başladığı anın ildönümündə bütün Qəzza boyu sirenalar səslənib. İsrail quru və hava hücumlarının məqsədinin Qəzzadan qaynaqlanan raket hücumlarına son qoymaq olduğunu deyir. Yanvarın 18-də atəşkəs bağlananda fələstinlilər arasında ölənlərin sayı 1400, israillilər arasında isə rəqəm 13 idi. İsrailin bombardmanı Qəzzanın bir çox hissələrini dağıntılar altında qoydu. 2007-ci ilə Hama Qəzzada nəzarəti ələ aldıqdan bəri İsrail və Misrin tətbiq etdiyi blokada üzündən Qəzzada bərpa işləri getməyib.
XS
SM
MD
LG