Accessibility links

İranda dörd nümayişçinin öldürüldüyü bildirilir


İran müxalifətinin lideri Mir Hüseyn Musəvinin müşaviri Musəvinin bacısı oğlunun polislə nümayişçilər arasında baş verən toqquşma zamanı həlak olduğunu təsdiqləyib. Müxalifət mənbələrinin yaydığı məlumata əsasən Əli Musəvi bu gün Tehranda qətlə yetirilib. İranda müxalifətin internet saytları və şahidlər xəbər verir ki, polis Tehranda kütləvi nümayişlərdə iştirak edən dörd müxalifət fəalını güllə ilə qətlə yetirib. Əli Musəvinin onlardan biri olmasına dair məlumat yoxdur. İran rəsmiləri etirazçıların polislə toqquşmada həlak olduğunu inkar edirlər. Müxalifətin veb saytları bildirir ki, minlərlə islahatçı Tehran küçələrində yürüş keçirərkən polis izdihama atəş açıb. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilıməyib. Belə ki, İran hökuməti xarici mediaya nümayişləri izləməyə imkan vermir. Şahidlər xəbər verir ki, bu gün keçirilən nümayişlərdə polis dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edərək “diktatora ölüm” qışqıran nümayişçiləri dağıdıb. Şəhərin üzərində tüstü müşahidə edilib. Müxalifətin internet səhifələri İranın mərkəzi şəhərləri olan İsfahan və Nəcəfabadda da oxşar toqquşmaların baş verdiyini xəbər verib.
XS
SM
MD
LG