ABŞ kəşfiyyat rəsmiləri və ekspertləri deyir ki, Vaşinqton gizlincə Yəməni ölkədə artan Əl-Qaidə təhlükəsi ilə mübarizə məqsədi ilə təlimçilər və ləvazımatla təmin edir. New York Times Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəsmisinə istinadən yazır ki, agentlik bir il əvvəl Yəmənə ən təcrübəli əməliyyatçılarını göndərib. Qəzetin ABŞ-ın ali hərbi zabitinə istinadən verdiyi məlumata görə, ABŞ-ın ən gizli Xüsusi Təyinatlı Əməliyyatçıları Yəmən qüvvələrinə terrorizm əleyhinə təlimlər keçməyə başlayıb. Birləşmiş Ştatlar kəşfiyyat rəsmiləri və ekspertlər deyir ki, son illər Əl-Qaidə Yəməndə hökumətin ucqar regionlara nəzarət boşluğundan istifadə edərək bazalar tikir.