Accessibility links

Serbiya rəsmisi genosid şübhəlisini tuta bilmədiyinə görə istefa verdi


Bosniyada genosid törətməkdə şübhələnilən Ratko Mladiçin axtarışına rəhbərlik edən Serbiya rəsmisi bu ilin sonunadək vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə istefa verib. Rasim Lyaciç öz istefa ərizəsini bu gün baş nazir Mirko Çvetkoviçə təqdim edib. O, istefa məktubunda axtarışda olan Bosniya Serb generalı Ratko Mladiçi Haaqa tribunalına dekabrın 31-dək təhvil verə bilmədiyini vurğulayıb. Haaqa tribunalı Mladiçi 1995-ci ildə Srebrenitsa qəsəbəsində 8 min Bosniya müsəlmanını qətlə yetirməkdə ittiham edir.
XS
SM
MD
LG