Accessibility links

Bu gün İran şəhərlərində müxalifət əleyhinə nümayişlər keçirilib


İran hökumətini dəstəkləyən on minlərlə insan bu gün Tehran və ölkənin digər şəhərlərinin küçələrinə çıxaraq, İran müxalifətinə qarşı nümayişlər keçirmişlər. Böyük izdiham bir səslə hökumətpərəst şüarlar səsləndirmiş, nümayişçilərin çoxu əllərində İranın mühafizəkar liderlərinin şəkillərini gəzdirmişlər. Belə bir izdihamlı yürüşləri hökumət müxalifətin bazar günü təhlükəsizlik qüvvələri tərəfindən dağıdılan etiraz nümayişlərindən sonra təşkil edib. İranda hökumət əleyhinə nümayişlər şiə müsəlmanların keçirdiyi müqəddəs Aşura günü təşkil edilmişdi.

Hökumətin məlumatına görə, aksiyaların təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldığı zaman 8 nəfər həlak olmuşdur. Ölkənin polis rəisi, general İsmayıl Əhmadi Möqhəddam bundan əlavə ölənlər olsa belə, ordusunun icazəsiz yürüşlərin qarşısını alacağını deyib. Həlak olanlar arasında İran müxalifətinin lideri Mir Hüseyn Musəvinin qardaşı oğlu da var.

XS
SM
MD
LG