Accessibility links

ABŞ İrana yeni sanksiyalar tətbiq etməyi düşünür


ABŞ rəsmilərinin bildirdiyinə görə, Obama administrasiyası Tehranın mübahisəli nüvə fəaliyyətini dayandırmamasına cavab oalraq İran rəhbərliyinə qarşı sanksiyalar hazırlayır. Rəsmilər deyir ki, Vaşinqton xüsusilə İran iqtisadiyyatını vurmaq məqsədi güdən sanksiyalardan çox, fərdləri və İran hökuməti ilə əlaqəsi olan institutları hədəf alan sanksiyaları nəzərdən keçirir. Onların dediyinə görə, Obama administrasiyası daha geniş iqtisadi sanksiyaların İranın güclənən müxalifət hərəkatına təsir edə bilməsindənm və İranlıların qərbə qarşı nifrətini artırmasından narahatdır. Vaşinqton İranın avropalı müttəfiqləri ilə əməkdaşlığına BMT vasitəsilə sanksiyalar tətbiq etməyi düşünür.
XS
SM
MD
LG