Accessibility links

İraqın Ənbar vilayətində intiharçı hücumları həyata keçirilib


İraq polisi ölkənin qərbindəki Ənbar vilayətinin paytaxtı Ramadi şəhərində bu gün həyata keçirilən iki intiharçı hücumu nəticəsində 23 nəfərin öldüyünü, vilayət qubernatorunun isə yaralandığını xəbər verib. Polisin dediyinə görə, bomba hücumları Ənbar vilayətinin yüksək səviyyəli rəsmilərini hədəf alıb və intiharçı maşına yerləşdirilmiş bombanı Ənbar vilayətinin qubernatoru Qassim Məhəmməd əl-Fəhdavinin ofisi yaxınlığında partladıb. İkinci bomba partlayışı isə qubernator hadisə yerinə gələrkən həyata keçirilib, qubernator yaralanıb və polis rəisinin müavini isə həlak olub.

XS
SM
MD
LG