Accessibility links

Əfqanıstanda ölən amerikalılar sırasında kəşfiyyatçılar var


Taliban Əfqanıstanda səkkiz amerikalının ölümünə bais olan intiharçı hücumu üçün məsuliyyəti öz üzərinə götürüb. Ölənlər arasında Mərkəzi Kəşfiyyat Agentliyinin işçiləri də var. Taliban sözçüsü bildirib ki, ABŞ-ın Xost vilayətindəki bazasına hücumu militantlarla əlaqəsi olan əfqan əsgər həyata keçirib. ABŞ rəsmiləri deyir ki, intiharçı hərbi bazaya daxil olduqdan az sonra idman zalı yaxınlığında əynindəki intiharçı jiletini partlayıb. Əlavə altı adamın ağır yaralandığı deyilir.
XS
SM
MD
LG