Accessibility links

Təyyarə hücumu ilə bağlı istintqaın yekunları prezident Obamaya təqdim olunacaq


ABŞ prezidenti Barak Obama ötən cümə günü ABŞ təyyarəsinin partladılmasına cəhdlə bağlı istintaqın sənədlərini alacaq. İstintaqın diqqəti Milli Əksterrorizm Mərkəzinin fəaliyyətləri üzərində cəmləşib. Bu agentlik aparıcı dövlət kəşfiyyat orqanlarının məlumatlarını toplayan və təhlil edən əsas qurumdur. Rəsmilər deyir ki, mərkəz hücum cəhdində şübhəli bilinən gənc nigeriyalı Ömər Faruk Əbdülmütəlləbin haqqında mövcud olan bəzi məlumatları koordinasiya edə bilməyib. Lakin ABŞ mediasının apardığı təhqiqat aşkar edib CIA və Dövlət Departamenti də Əbdülmütəllib haqda informasiyanı aqressivliklə təqib etməyiblər.
XS
SM
MD
LG