Accessibility links

Mir Hüseyn Musəvi: 'Şəhid olmaqdan qorxmuram'


İranın müxalifət lideri Mir Hüseyn Musəvi Tehran hökumətinə xəbərdarlıq edib ki, onlar islahatlar hərəkatının qarşısını güc yolu ilə ala bilməyəcək. Musəvi şəhid olmaqdan qorxmadığını dilə gətirib. Müxalifət veb səhifəsində yerləşdirilən bəyanatda islahatçılar bildirir ki, İran ciddi böhran içərisindədir. Musəvi xəbərdarlıq edib ki, müxalifət liderlərini həbs etmək və ya öldürməklə vəziyyətin sakitləşməsinə nail olunmayacaq. O, hökuməti 5 maddəlik planı qəbul etməyə çağırıb. Bu plana siyasi məhbusların azad edilməsi və yeni şəffaf seçki qanununun yaradılması daxildir. Qeyd edək ki, son bir neçə gündə baş verən iğtişaşlar iyun ayında Mahmud Əhmədinejadın prezident seçkilərində mübahisəli qələbəsindən sonra ən zorakı toqquşmalardadır. Bu gün Tehranda cümə namazı zamanı sərt xətt tərəfdarı ruhanı Ayətulla Əhməd Cənnəti hadisələrin arxasında duranların həbsinə çağırıb.
XS
SM
MD
LG